Özəlləşdirmə problemim var, nə etməliyəm?

« Əvvəlki səhifəyə geri dön
0
0

Xoş günlər arzusu ilə Sizi salamlayıram Qurban bəy.

İlk növbədə Sizin vətənpərvər və haqq-ədalət yolunda pardığınız saf mübarizəyə görə dərin təşəkkürümü bildirirəm. Allah Sizi var eləsin!

Mən Sizin vaxtınızı icazəniz ilə 1 sualla alacam:

Adıma çıxarışı olan evimin yaşayış sahəsi 13 kv-dır, lakin ailədə 5 nəfər olduğuna görə məcburi bir otağ əlavə edərək yaşayış sahəsini 57 kv-ta çatdırdım. Torpağımı özəlləşdirib vahid kupça almağ üçün Dövlət reyestrindən katastra palnı aldım. BTİ sənədləri qəbul etməyib Sabunçu İcra hakimiyyətinə yönləndirdi. İcra hakimiyyətinə yazılı formada müraciət etdim, lakin cavabını: qanunsuz tikili adı qoydular və məhkəməyə müraciət ed dedilər. 5 nəfər ailə üzvlərimi mən 13 kv-ta necə sığım? Mən oğurluq etməmişəm, mənə məxsus olan torpağımın üzərində olan evimi özəlləşdirmək istəmişəm… Bu cür olan halda mən nə etməliyəm? Diqqətinizə görə təşəkkür edirəm.

Hörmətlə,

Əli Süleymanlı

Marked as spam
admin tərəfindən göndərilmişdir
12 Yanvar 2016 00:30 dəqiqədə yazılıb.
3622 baxış
« Əvvəlki səhifəyə geri dön