XOŞ GƏLDİNİZ
“Çalxan” Hüquq Firması — Azərbaycanın tanınmış hüquqşünaslarından biri olan Qurban Cəlal oğlu Məmmədov tərəfindən təsis edilmiş və 21 dekabr 2004-cü il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 0104-P87-41761 saylı şəhadətnaməsi əsasında rəsmi dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlamışdır.
“Çalxan” MMC (Hüquq Firması) — Azərbaycan Respublikasının qanunvericiliyinə dərindən bələd olan, yerli adət-ənənələri və işgüzar münasibətləri yaxşı tanıyan hüquqşünas heyəti ilə, həm ölkə daxilində, həm də xaricdə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərə geniş spektrdə hüquqi xidmətlər göstərmək imkanına malikdir.
Əgər sizə etibarlı, peşəkar və yüksək keyfiyyətli hüquqi xidmət lazımdırsa, “Çalxan” Hüquq Firmasına müraciət etməyiniz — verdiyiniz ən düzgün qərarlardan biri olacaq!